Putin və Obama Qarabağı müzakirə edib

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putinin təşəbbüsü ilə baş tutan telefon danışığında prezidentlər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Rusiya prezidenti iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair Barak Obamanı məlumatlandırıb.
Barak Obama Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini yüksək qiymətləndirdiyini bildirib.
Putin qeyd edib ki, Rusiyada danışıqların təşkili münaqişə zonasında vəziyyətin tezliklə sabitləşməsinə yardım və sülh prosesinin inkişafına şəraitin yaradılması zərurətindən irəli gəlib.
AzVision.az