`Qanuni oğru` Saakaşvilinin `Land Cruiser`ini qaçırdı

Məlumata əsasən avtomobilin dəyəri təxminən altı milyon qrivnadır (15,5 milyon rubl). Onun kriminal avtoritet Serqo Qlontinin əlaltıları tərəfindən qaçırıldığı ehtimal edilir.
Saakaşvilinin adətən ictimai tədbirlərə ucuz avtomobillə gəldiyi bildirilir.
Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ötən il mayın sonunda Odessa vilayətinə rəhbər təyin edilib.
Eldar Tanrıverdiyev
AzVision.az