Dünyanın gözlədiyi oyun: Almaniya yoxsa Fransa?

Dünyanın gözlədiyi oyun: Almaniya yoxsa Fransa?
  07 İyul 2016    Oxunub:11242
Bu gün “Avro-2016”nın ikincisi finalçısı bəlli olacaq.
AzVision.az xəbər verir ki, yarımfinalda Almaniya və Fransa milliləri üz-üzə gələcək.

Bura qədər yarışda məğlubiyyətsiz irəliləyən komandaların şansları bərabər qiymətləndirilir.
Rəsmi oyunlarda 12 dəfə qarşılaşan komandalar tarixdə ilk dəfə yarımfinal mərhələsində üz-üzə gələcək. Statistikaya əsasən fransızlar rəqiblərindən üstün görünürlər. Almanlara 6 dəfə qalib gəlib 4 dəfə uduzan Fransa millisi 2 oyunda heç-heçə edib.

Qeyd edək ki, bu cütün qalibi finalda Portuqaliya millisi ilə qarşılaşacaq.

“Avro-2016”, yarımfinal oyunu

23:00. Almaniya - Fransa

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini (İtaliya)

Marsel. Velodrom stadionu

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti