Ermənilərdən acı etiraf: 6 ayda 136 hərbçi ölüb

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb.
Araşdırmalara əsasən 136 ölüm hadisəsindən 77-si 1-5 aprel tarixlərində qeydə alınıb. Digər ölüm halları isə rəsmi məlumatlara əsasən başqa səbəblərdən (özünə qəsd, nizamnamənin pozulması, təbii fəlakət və s.) baş verib.
Bildirilir ki, erməni əsgərləri arasında qeydə alınan ölüm hallarından 17-i Ermənistan, 119-u isə Dağlıq Qarabağ ərazisində baş verib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Ermənistan ordusunda ölüm halları 4 dəfə artıb. Belə ki, 2015-ci ildə bu göstərici 34 ölüm faktı olub.
Sənəddə, həmçinin son üç ilin statistik məlumatları öz əksini tapıb: “2013-2016-ci illərdə Ermənistan ordusunda 288 ölüm faktı qeydə alınıb ki, onlardan 114-ü qeyri-döyüş şəraitində, 174-ü isə atəşkəs rejiminin pozulması nəticəsində baş verib”.
Eldar Tanrıverdiyev
AzVision.az