Kerri xaçapuri və gürcü şərabına heyran qaldı

Kerri xaçapuri və gürcü şərabına heyran qaldı
  07 İyul 2016    Oxunub:1884
ABŞ dövlət katibi Con Kerri Gürcüstana səfəri zamanı xaçapuri və gürcü şərabından heyran olduğunu bildirib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, bu barədə dövlət katibi Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə birgə mətbuat konfransı zamanı deyib.

"Mən ikinci dəfədir ki, Gürcüstandayam. Amma ilk dəfədir buraya dövlət katibi kimi səfər edirəm. Yadımdadır, ötən dəfə gələndə möhtəşəm xaçapuri və gürcü şərabının dadına baxmışdım. Başa düşə bilmirəm, bu dadlardan sonra necə olub ki, buraya daha əvvəl gəlməmişəm", - deyə ABŞ nümayəndəsi bildirib.

Məlum olub ki, Kerri səfər çərçivəsində qədim Tiflisi gəzməyə vaxt da tapıb. Bundan başqa, o, gənc ixtiraçılar, Gürcüstanın sabiq Fransa səfiri Mamuka Kudava ilə yerli kafelərin birində şam da edib.

ABŞ dövlət katibi Con Kerri Gürcüstana ötən gün səfər edib. Kerrini burada Gürcüstanın xarici işlər naziri, onun müavini, ABŞ-ın Gürcüstandakı səfiri və Gürcüstanın ABŞ-dakı səfiri qarşılayıblar.

O, ilk növbədə burada Gürcüstan-ABŞ strateji Xartiya plenar iclasında iştirak edib, daha sonra o, ölkə prezidenti və baş naziri, iqtidar və müxalifət nümayəndələri ilə görüşüb. Nahara yaxın isə ABŞ dövlət katibinin gürcü həmkarı ilə birgə mətbuat konfransı keçirib.

ABŞ rəsmisinin Gürcüstana səfəri zamanı müdafiə, təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşməsi məsələləri müzakirə edilib.

Sonuncu dəfə Con Kerri Gürcüstana 2008-ci ildə senator kimi səfər edib.

AzVision.az


Teqlər:





Xəbər lenti