`Mənə təzyiq göstərirlər ki, istefa verim` - Xanım prezident

Senat tərəfindən prezidentlik kürsüsündən müvəqqəti kənarlaşdırılan Russef istefa verməyəcəyini bəyan edib: “Məndən xahiş etdilər, hətta mənə təzyiq göstərdilər ki, könüllü olaraq vəzifəmdən gedim. Amma mən bunu heç vaxt etməyəcəyəm. Çünki mənə 54 milyon insan səs verib”.
Qeyd edək ki, bir müddət öncə impiçmentə göndərilən Braziliya prezidenti Dilma Russefin səlahiyyətlərini vitse-prezident Mişel Temer yerinə yetirir.
AzVision.az