Ramazan ayında 7 nəfəri ilan sancıb, 8 nəfər zəhərlənib

“Əqrəb sancması ilə bağlı müraciət edən şəxsin vəziyyəti yüngül idi, ona məsləhətlər verərək yola saldıq. Son bir ayda isə bizə 7 nəfər ilan sancması, 2 nəfər əqrəb sancması, 8 nəfər isə antibiotiklərdən zəhərlənmə ilə bağlı müraciət edib. Həmin şəxslərin vəziyyəti stabildir”.
A.Maqsudov ilan sancmaları ilə bağlı əsasən Bakıətrafı kəndlərdən, Aran rayonlarından, Yevlax, Qəbələ və Tovuzdan onlara müraciət olduğunu qeyd edib.
Aytən Zəhra
AzVision.az