Bakı və Moskva V Humanitar Foruma hazırlaşır

Bakı və Moskva V Humanitar Foruma hazırlaşır
  09 İyul 2016    Oxunub:2049
Bu il sentyabrın 29-da Bakıda V Beynəlxalq Humanitar Forum keçiriləcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Hazırda forumla bağlı hazırlıq işləri görülür", - deyə Rusiya XİN-dən qeyd olunub.

Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

2010-cu il Forumunun təşəbbüsçüləri Azərbaycanın Prezidenti İlham Əliyev və Rusiyanın hazırki baş naziri Dmitri Medvedev olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti