`Palmalar şəhəri`ndə Bakı parkı salınacaq

Onun sözlərinə görə, artıq İzmirin Balçova rayonunda - dəniz kənarı boyunca 2 kilometrlik bir ərazidə Bakı parkı salınacaq. Hətta parkın plan-layihəsi də hazırdır və bu istiqamətdə işlərə başlanılıb: "Parkda ölkəmizlə, paytaxtımızla bağlı mühüm məqamları, mədəniyyətimiz, tariximizin şanlı və faciəvi səhifələri, görkəmli şəxsiyyətlərimiz haqda detallı məlumatlar təqdim etməyə çalışacağıq”.
A.Qurbanın İzmirin Bayraqlı bələdiyyəsi ərazisində - dəniz kənarında Azərbaycan parkı salınacağını da əlavə edib: "Azərbaycan dostluq parkı adlanacaq bu ərazidə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidənin də qoyulması nəzərdə tutulub. Ərazidə parkın təyinatına uyğun olaraq xüsusi muzey tipli tikilinin də inşası gözlənilir. Artıq yer ayrılıb və hazırda sənədləşmə prosesi aparılır”.