NATO-nun növbəti sammiti Brüsseldə keçiriləcək

“Biz 2017-ci ildə Brüsseldəki yeni mənzil-qərargahımızda keçiriləcək sammitdə növbəti görüşümüzü gözləyirik”, - deyə Stoltenberq qeyd edib.
Varşavada baş tutan sammiti şərh edən NATO-nun Baş katibi onu uğurlu hesab etdiyini vurğulayıb.
“Bu uğurlu sammitdir. O, tarixi xarakter daşıyır, çünki təhlükəsizliyimiz üçün çətin zamanlarda keçirilir. Biz böyük təhlükələrlə qarşılaşırıq. Hazırda qərarlarımızı həyata keçirməyə başlayırıq”, - deyə o bildirib.
AzVision.az
Teqlər: