NATO Rusiya ilə müharibəyə hazırlaşır

NATO Rusiya ilə müharibəyə hazırlaşır
  10 İyul 2016    Oxunub:1978
SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov bəyan edib ki, NATO Rusiyaya qarşı müharibəyə hazırlaşır.
Qorbaçov iyulun 8-9-da Varşavada keçirilən NATO sammitini təhlil edərkən bu nəticəyə gəlib.

“NATO “isti müharibə” üçün “soyuq müharibə”dən başladı. Onlar həmişə müdafiə haqqinda danışırlar, amma faktiki olaraq hücuma keçmək üçün hazırlıq görürlər”, - Qorbaçov “İnterfax” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Varşavada qəbul olunan qərar Rusiyanı qarşıdurmaya sürükləməyə xidmət edir.

“NATO üzvləri elə görüntü yaratmağa çalışırlar ki, onlara heç nə qorxulu deyil. Çox şübhəlidir ki, onlar bizi və bütün dünyanı yeni qarşıdurmaya cəlb etmək istəyir”, - SSRİ-nin ilk prezidenti deyib.

O hesab edir ki, beynəlxalq ictimaiyyət müharibəyə doğru gedişi dayandırmaq üçün maksimum güc sərf etməlidir.

“Əlbəttə, Rusiya sərhədlərini qorumağa davam edəcək, amma bu dəhşətli prosesi dayandırmaq lazımdır. Bunu bütün insanlar etməlidir. Dünyanın qaynar müharibəyə doğru gedişinin qarşısı alınmalıdır”.

İyulun 8-9-da Varşavada keçirilən sammitdə NATO qüvvələrinin Alyansın cənub-şərq cinahında hərbi mövcudluğunu möhkəmləndirmək məqsədilə rumın generalların komandanlığı altında çoxmillətli briqadanın mövcudluğu barədə razılığa gəlinib.

Alyansa üzv dövlətlərin liderləri NATO-nun Avropadakı RƏM (Raket Əleyhinə Müdafiə) sistemlərinin ilkin əməliyyat hazırlığı vəziyyətinə gətirilməsinin elan edilməsi barədə razılığa gəliblər. Bu o deməkdir ki, ABŞ-ın İspaniyadakı HDQ (Hərbi Dəniz Qüvvələri) gəmiləri,Türkiyədəki radarlar, eləcə də Rumıniyadakı RƏM sistemi artıq NATO komandanlığının nəzarəti altında fəaliyyət göstərə biləcək. (Anspress)

AzVision.az


Teqlər:  





Xəbər lenti