Fransa millisinin qaldığı oteldə terror həyəcanı

Fransa millisinin qaldığı oteldə terror həyəcanı
  11 İyul 2016    Oxunub:1624
"Avro-2016"nın bu axşam oynanılacaq final matçı qabağı Fransa millisinin qaldığı "Pullman Centre Bercy" otelində bomba həyəcanı yaşanıb.
Paytaxt Parisdə yerləşən otelin qarşısında tapılan şübhəli bağlama insanları ciddi təşvişə salıb.

Şübhəli bağlama aşkar olunar-olunmaz iş başına keçən fransız polisi ərazidəki insanları təxliyə edib. Giriş və çıxışın qadağan edildiyi otel ətrafı əraziyə bomba mütəxəssisləri gətirilib.

"Pullman Centre Bercy" oteli qarşısında tapılan bağlamaya baxış keçirən polis və bomba mütəxəssisləri çantanı partladıb. Böyük təşvişə səbəb olan çantanın içindən isə sadəcə paltarların çıxıdığı bildirilir. (Anspress)



AzVision.az



Teqlər:





Xəbər lenti