Məmurların olduğu maşın atəşə tutuldu: 2 ölü, 2 yaralı

Məlumata görə, “Pejo” markalı avtomobildə olan şəxslər odlu silahla avtomobil karvanını atəşə tutub. Hadisədə Dalaho şəhər bələdiyyəsinin sədrinin sürücüsü və Qərbi İslamabad şəhərinin baytarlıq idarəsinin rəisi həyatını itirib.
Dalaho şəhər bələdiyyəsinin sədri Fəramərz Əkbəri və Kirmanşah əyalətinin balıqçılıq təşkilatının sədri Fərzad Əfzəli isə yaralanıb. H.Fəlahətpişə xəsarət almayıb. (Apa)
AzVision.az
Teqlər: