Lavrovun kritik Bakı səfəri başlayır
AzVision.az xəbər verir ki, səfər iki gün davam edəcək.
"Bakıda ikitərəfli görüşlər zamanı aktual məsələlərin müzakirəsi, Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ probleminin nizamlanması üzrə əldə olunan razılaşmaya dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur", - deyə Rusiya XİN-in yaydığı bəyanatda bildirilib.
Bəyanatda, həmçinin Azərbaycanın Rusiyanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda bizim vacib strateji tərəfdaşı olduğu vurğulanır.
Eldar Tanrıverdiyev
AzVision.az