Azərbaycanlı iş adamının sürücüsü qətlə yetirilib

İstintaqın versiyasına görə, sürücünün qətlə yetirilməsinə səbəb biznes məsələlərindəki fikir ayrılığı ola bilər. Onun sifarişli qətlin qurbanı olduğu idda edilir.
Xatırladaq ki, “Şeş-Beş” restoranlarının sahibləri azərbaycanlılardır. Onların kriminal aləmlə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, Moskva çayının Lujnetski sahilindən keçən ərazisində yataq dəstinə bükülərək, torbaya qoyulmuş kişi meyit aşkar edilib. Onun üzərində mavi rəngdə kostyum olub. Meyitə ilkin baxış zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilib. Ad və soyadı açıqlanmayan kişi başından güllələnib.
AzVision.az