Messi `Barselona`dan gedə bilər

Nəşr yazır ki, son günlər baş verən hadisələr 29 yaşlı futbolçunun psixologiyasına mənfi təsir göstərir.
Qeyd edək ki, bir neçə gün əvvəl İspaniya məhkəməsi vergidən yayınma ilə bağlı Lionel Messi barədə hökm çıxarıb. Hökmə əsasən Messi 21 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İyulun 27-də isə Messi Argentina millisinin heyətində çıxış etməyəcəyini bildirmişdi. Ümumilikdə isə bu il Messi üçün uğursuz keçir.
Eldar Tanrıverdiyev
AzVision.az