Rusiya Ermənistanın qazını kəsdi

Rusiya Ermənistanın qazını kəsdi
  11 İyul 2016    Oxunub:2851
İyulun 10-dən avqustun 10-dək Gürcüstandan Ermənistana qaz verilməsi müvəqqəti dayandırılacaq.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Gürcüstanın qaz nəqliyyatı şirkəti bu ölkə ərazisində yerləşən “Kazax – Saqumaro” magistral xətində aparılan təmir işləri ilə əlaqədar “Qazprom Ermənistan” şirkətinə qaz verilişinin bir ay müddətinə dayandırılacağına dair rəsmi məlumat göndərib.

Ermənistan rəhbərliyi ölkə istehlakçıları üçün qaz verilişində heç bir məhdudiyyətin olmayacağını bildirib.

Qeyd edək ki, Rusiya qazı Gürcüstan vasitəsilə Ermənistana nəql edilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti