AzVision.az AFR-a istinadən xəbər verir ki, Eyfel qülləsi yaxınlığında 90 mindən çox azarkeşin toplaşdığı ərazidə iğtişaşlar matça qədər başlayıb.
Polisin yaydığı məlumata əsasən, azarkeşlər bir neçə maşını yandırıblar. Hüquq-mühafizə orqanı əməkdaşları suatanlardan və gözyaşardıcı qaz tətbiq etməyə məcbur qalıblar.
Parisin mərkəzində qarşıdurmalar final matçı zamanı da davam edib.
Portuqaliya və Fransa arasında “Avro-2016” çempionatının final matçı portuqaliyalıların qələbəsi (1:0) ilə başa çatıb. Portuqaliya yığması futbol üzrə Avropa çempionatı tarixində ilk dəfə çempion olub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Eldar Tanrıverdiyev
AzVision.az