Papanın Bakı səfərinin proqramı açıqlandı

Oktyabrın 2-də Roma Papası Tiflisdən Bakıya gələcək. Papanın Bakıya səfəri “Bakirə Müqəddəs Məryəm” kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.
Həmin gün axşam Papa Vatikana qayıdacaq.
Xatırladaq ki, Papa Fransiks iyunun sonlarında Ermənistanda üçgünlük səfərdə olub.
Eldar Tanrıverdiyev
AzVision.az