ABŞ-da silahlı insident: Ölən və yaralı var

ABŞ-da silahlı insident: Ölən və yaralı var
  12 İyul 2016    Oxunub:1909
ABŞ-ın Sent-Cozef şəhərində (Miçiqan ştatı) məhkəmə binasında naməlum şəxs atəş açaraq iki nəfəri güllələyib.
AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat verib.

Məlumata əsasən, atəş açan şəxs polis tərəfindən öldürülüb. Atışma zamanı bir polis əməkdaşı yaralanıb. Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.

Faktı təsdiqləyən Miçiqan ştatının qubernatoru Rik Snayder bildirib ki, hadisə ilə əlaqədar araşdırmalar aparılır.

***

ABŞ-ın Sent-Cozef şəhərində (Miçiqan ştatı) məhkəmə binasında iki nəfəri güllələyən şəxsin kimliyi açıqlanıb.

İki məhkəmə icraçısını öldürən və bir polis əməkdaşını yaralayan şəxs 44 yaşlı Larri Qordon olub. Bildirilir ki, bir neçə cinayətdə təqsirli bilinən L.Qordon mühafizəçini tərksilah edərək qaçmaq istəyib. Bunun mümkün olmadığını başa düşərək məhkəmə işçilərini girov götürməyə cəhd edən cinayətkar polis tərəfindən məhv edilib. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti