Lənkəranskini öldürmək istəyən avtoritet tutuldu

Lənkəranskini öldürmək istəyən avtoritet tutuldu
  12 İyul 2016    Oxunub:2400
Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə orqanları kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan Zaxari Kalaşovu (“Şakro Molodoy” ləqəbli) saxlayıb.
AzVision.az -ın məlumatına görə, istintaqın verisyasına görə, o ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb. Həmin atışmada iki nəfər öldürülmüşdü.

“Şakro Molodoy” hələ həbsdəykən Rusiya kriminal aləminin xaç atası sayılan və öldürülən Aslan Usoyanın (Ded Xasan) taxt-tacına namizəd sayılırdı.

2005-ci ildə İspaniya polisi Rusiya mafiyasına qarşı geniş əməliyyat keçirib və bir neçə “qanuni oğru” həbs edilib. “Şakro Molodoy” gizlənə bilsə də, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək İspaniya hökumətinə təhvil verilmişdi. İspaniyada çirkli pulların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşovun məhkəməsi xeyli müddət çəkib.

Araşdırmalardan sonra 2010-cu ilin iyununda Madrid məhkəməsi Kalaşovun 7 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarıb.

2014-ci il dekabr ayında “Şakro Molodoy” İrəvanda genişmiqyaslı yığıncağ keçirərək Usoyanın öldürülməsinə görə günahkar olanlar Merab və Taronun cəzalandırmağını təklif edib.

Z.Kalaşovun azadlığa çıxması ilə kriminal aləmdə yeni qanlı hesablaşmalar başlayıb. Bunun əsas səbəbi isə "Ded Xasan"ın intiqamının hələ də alınmamasıdır. Bu səbəbdən əsas diqqət həm də bu qətlin sifarişçisi və təşkilatçısı hesab edilən Azərbaycanın ən nüfuzlu kriminal avtoriteti Rövşən Canıyevə (Rövşən Lənkəranski) yönəlmişdi. Hətta "Şarko"nun onun ölüm hökümünü belə verdiyi deyilirdi.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti