Astanada Xəzərin statusu müzakirə edilib

Astanada Xəzərin statusu müzakirə edilib
  12 İyul 2016    Oxunub:2185
Qazaxıstanın paytaxtı Astanada Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupunun 46-cı iclası keçirilib.
AzVision.az-ın xəbərinə görə, danışıqlarda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Eyni zamanda iclasda Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzə səfiri, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupun Rusiyadan olan nümayəndə heyətinin rəhbəri İqor Bradçikov, İran prezidentinin Xəzər məsələsi üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjalova və Türkmənistan prezidenti yanında Xəzər dənizi üzrə dövlət şirkətinin rəhbəri Mırat Atacanov iştirak edib.

İclasın əsas mövzusu xarici işlər nazirlərinin sabah keçiriləcək görüşünə hazırlıq olub. İşçi qrupunun növbəti iclasının İranda keçirilməsi qərara alınıb.

Xatırladaq ki, Xəzərin statusu üzrə xüsusi işçi qrup formatında danışıqlar 15 ildən çoxdur gedir. Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin dibinin bölünməsinə dair razılığa əsasən gəliblər. İran və Türkmənistan dibin delimitasiyası metodologiyası ilə razı deyil. Tehran dənizin dibinin beş bərabər hissəyə bölünməsində təkid edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti