Gürcüstanın müdafiə naziri istefa verib

Xidaşelinin sözlərinə görə, o, ötən gün Baş nazirlə görüşüb və iş cədvəli haqqında danışıqlar aparıb.
"Biz bu prosesi sivil şəkildə sona çatdırmalıyıq. Yekunlaşdırmalı olduğumuz bir neçə tədbir qalıb. Mən heç vaxt işlərimi yarımçıq atmıram" - deyə xanım Xidaşeli bildirib.
Gürcü nazirlər öz postlarını parlament seçkilərinə qatılmaq üçün tərk edirlər. "Respublika partiyası"nın seçki siyahısına Gürcüstan parlamentinin spikeri David Usupaşvili başçılıq edir. (Ans)
AzVision.az