Corc Buş polislərin anım mərasimində rəqs etdi - VİDEO

Buş rəqs edərkən öz həyat yoldaşı Lora və ABŞ-ın birinci xanımı Mişel Obamanın əlindən tutub.
Məlumatda qeyd olunur ki, Mişel Obama Buşun bu hərəkətindən narahat olub.
Eks-prezidentin polislərin anım mərasimində rəqs etməsi sosial şəbəkələrdə rezonans doğurub.
Qeyd edək ki, iyulun 8-də ABŞ-da təhlükəsizlik qüvvələri tərəfindən iki qara dərilinin öldürülməsinə qarşı keçirilən mitinq zamanı 11 polis əməkdaşı güllələnib. Onlardan 5-i ölüb, 7-si yaralanıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: