Poroşenko ilk dəfə Bakıya gəlir

Qeyd olunub ki, Pyotr Poroşenko azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci sessiyasını keçirəcək.
Səfər çərçivəsində Ukrayna-Azərbaycan əlaqələrin müxtəlif sahələrdə inkişafına yönəlmiş ikitərəfli sənədlərin imzalanması gözlənilir. Səfər proqramına Ukrayna prezidentinin Azərbaycanın baş naziri Artur Rasizadə və parlamentin spikeri Oqtay Əsədovla görüşü də daxildir.
Xatırladaq ki, bu,Pyotr Poroşenkonun Azərbaycana ilk rəsmi səfəridir.
Eldar Tanrıverdiyev
AzVision.az