Atəşkəs dövründə ölən erməni əsgərləri – Bir vilayətin siyahısı

Atəşkəs dövründə ölən erməni əsgərləri – Bir vilayətin siyahısı
  13 İyul 2016    Oxunub:28865
Ermənistanda hakimiyyəti güc yolu ilə ələ keçirən hərbi-kriminal xunta ölkənin nəinki demokratikləşməsi yolunda əngəl, hətta müstəqilliyi yolunda keçilməz baryerə çevrilib. Faktik olaraq, regionda Rusiyanın forpostuna çevrilən Ermənistanda söz, vicdan, sərbəst toplaşmaq və məlumat azadlığı, o cümlədən, ədalətli məhkəmə araşdırmasının olmaması erməni xalqının konstitutsion demokratik hüquqlarını pozur .

“Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və “Sərhədsiz reportyorlar” kimi bir çox təşkilatlar Ermənistanın ictimai həyatına hökümət orqalarının müdaxiləsi, onların çox saylı sektorlarda fəaliyyətlərinə dair ictimai monitorinqlər aparıb. Lakin, daxili ictimai fəaliyyətlərdən fərqli olaraq Ermənistan ordusu hələ də, Vətəndaş Cəmiyyəti İnstitutları üçün qapalı olmaqda davam edir.

Hakimiyyət orqanları ordu daxilində baş verən qeyri-qanuni hadisələri, əsgər və zabitlərin ölüm, intihar hallarını erməni və dünya ictimaiyyətindən gizlətməyə çalışır. İctimai təşkilatların orduya daxil olmasını məhdudlaşdırmaq üçün hədələrdən və əsassız qadağalardan istifadə edir. Hərbi rəhbərlik aparılan qadağaları şərh edərkən, Ermənistanın bir neçə düşmən dövlətlə əhatələnməsi və dondurulmuş münaqişə zonasında yerləşməsini bəhanə edir, erməni xalqının düşüncəsini başqa bir istiqamətə yönəltməyə çalışır.

Məsələn, deyək ki,ölkədə iqtisadi vəziyyət gərginləşdikdə ictimaiyyətin düşüncəsi cəbhə xəttinə, orduda vəziyyət kəskinləşdikdə isə daxili məsələlərin həllinə yönəldilir. Ölkədə öncədən planlaşdırlan iğtişaşlar və bu hadisələr fonunda guya kriminal hakimiyyətin qətiyyətli adımlar atması kimi nağıllar sadə erməni düşüncəsini tezliklə dəyişir. Ordu daxilində olan hadisələrin araşdırılması, xüsusilə hökumət və hərbi qrumlara qarşı yazıların yazılması, tənqidlər aparılması Ermənistanın milli təhlükəsizliyinə təhdid olaraq qəbul edilir.

Araşdırmalara görə, 1994-cü il mayın 12-də bağlanan atəşkəs anlaşmasından 2013-cü ilə qədər Ermənistan ordusu daxilində təxminən 2000-dən çox erməni ölüb, zərərsizləşdirilib və ya intihar edib. Bunların arasında müqaviləli xidmət edən hərbçilərlə yanaşı, Ermənistanın müxtəlif bölgələrindən göndərilənlər də böyük üstünlük təşkil edir.

Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu il iyun ayında apardığı əməliyyat zamanı çox saylı erməni döyüşçülərinin zərərsizləşdirməsi, o cümlədən, bu ilin aprelində aparılan əməliyyatlar zamanı düşmənin çoxsaylı itkisi nəzərə alınarsa, yuxarıda göstərilən rəqəmin hazırda daha çox olduğunu deyə bilərik.

Qeyd edim ki, aparılan araşdırma 1994-cü ildən 2013-cü ilə qədərki dövrü əhatə edir. Erməni vətəndaş insititutlarının obyektiv araşdırmalarına əsaslanan rəqəmlər nə qədər səhih göstərilməsə də, araşdırma obyektinin örgənilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Erməni mənbələrinin verdiyi məlumata görə, yalnız 2010-cu ildə 54 erməni əsgəri həlak olub. Rəsmi məlumatlara görə, onlardan 11- i Qarabağda Azərbaycan Silahlı Qüvvələri ilə toqquşma zamanı, snayper və kəşfiyyat atəşləri nəticəsində zərərsizləşdirilib. Digər 34 həbçi isə, erməni ordusunda mövcud xaotik münasibətlər, qanun pozuntuları, aparılan cinayətlər fonunda ağır psixoloji sarsıntılar nəticəsində öldürülüb və ya intihar edib.

Atəşkəsdən illərlə müddətin keçməsinə baxmayaraq, erməni hakimiyyət və hərbi mənbələri orduda ölənlərin ümumi sayı haqqında heç bir rəsmi məlumat vermir. Ermənistanda mütəlif təşkilatların aparıdığı sorğuların hər biri bütünlükdə boşa çıxır. Baş verən hadisələrin hərbi xidmət sirri olduğunu bildirən rəhbərlik yaşanan cinayətləri saxtalaşdırır.

Həlak olan erməni döyüşçülərinin yaxınları, ailələri məhkəmə zamanı cinayətin baş vermə səbəblərini müzakirə edir, həmin işdə təqsirləndirlən məhkumu və məhkum edilən şəxslərin təqsirini qəbul etmir. Yüksək psixoloji gərginlik zamanı intihar edən hərbçilərin valideynləri və ya qohumları məhkəmə tərəfindən təqdim edilən səbəbi real həqiqət kimi görmür. Qeyd edilən hadisələrə dair informasiyaların təsnifatı, təhlillər və ictimai maarifləndirmə kimi sistemli tədqiqatların aparılması əslində Ermənistan ordusu və rəhbərliyinin hansı şəkildə fəaliyyət apardığını aşkar edir.

Aparılan araşdırmada, Ermənistanın Şirak vilayətindən erməni ordusuna çağırılan əsgər və zabitlərin harada, nə zaman və hansı hərbi hissədə həlak olması, cinayət və intihar hadisələri göstərilib. Atəşkəsdən sonra, Şirak vilayətindən Ermənistan ordusuna qəbul edilən və nəticədə həlak olan əsgər, zabitlərin sayı müxtəlif mənbələrə görə, 100 nəfəri üstələyir. Araşdırmalara görə, Qarabağ müharibəsi zamanı Şirak vilayətindən 118-150 erməni döyüşçü zərərsizləşdirilib.

Aşağıda Şirak vilayətindən 1994-cü il mayın 12-dən, 2013-cü ilə kimi erməni ordusuna çağırılan və müqaviləli hərbi xidmət keçən, zərərsizləşdirilən və ya intihar edən erməni əsgərlərinin siyahısı göstərilib:




Şahin QOCAYEV
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti