`Qısamüddətli müharibə ola bilər` - Erməni komandir

`Qısamüddətli müharibə ola bilər` - Erməni komandir
  13 İyul 2016    Oxunub:9569
Bu ilin sentyabr, oktyabr aylarında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət yenidən gərginləşə bilər.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xüsusi təyinatlıların kəşfiyyat diviziyasının yaradıcısı və komandiri Vova Vardanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusunda ciddi hərbi hazırlıqlar görülür: “Avqust ayında Azərbaycanda Türkiyə ordusunun dəstəyi ilə xüsusi təyinatlıların hazırlıq kursları başa çatacaq. Həmin hərbçilər daha sonra ordu sıralarına göndəriləcək. Bu baxımdan hesab edirəm ki, Qarabağda vəziyyət payız aylarında yenidən gərginləşə və qısamüddətli müharibə ola bilər. Azərbaycan tərəfi yaxşı bilir ki, havanın nəm olması bizim xeyrimizə deyil. Əgər biz onlara qarşı texnika çıxarsaq, onda həmin texnika palçığa batıb qalacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti