Fransanın Türkiyədəki diplomatik nümayəndəlikləri bağlanıb

Fransanın Türkiyədəki səfirliyinin rəsmi internet saytında yerləşdirilən açıqlamada bildirib: “Fransanın Türkiyədəki səfirliyi və İstanbuldakı baş konsulluğu iyulun 13-dən etibarən ikinci bir əmrə qədər qapalı olacaq. Təhlükəsizliklə bağlı İstanbul, İzmir və Ankara şəhərlərində keçirilməsi planlaşdırılan rəsmi qəbul proqramları ləğv edilib. Qərarla bağlı Türkiyə tərəfi məlumatlandırılıb. Hazırda Türkiyə rəsmiləri ilə təmasdayıq. Türkiyədə yaşayan fransızlara və bütün dəvətlilərimizə anlayışları üçün təşəkkür edirik”.
Eldar Tanrıverdiyev
AzVision.az