41 yaşlı ehtiraslı diplomat - Zaxarova kimdir? (DOSYE)

41 yaşlı ehtiraslı diplomat - Zaxarova kimdir? (DOSYE)
  13 İyul 2016    Oxunub:15711
Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova təkcə ölkəsində deyil, Azərbaycanda da kifayət qədər tanınır. O, son günlər Dağlıq Qarabağ problem ilə bağlı verdiyi açıqlamalar və şərhlərlə yerli KİV-lərin menşetlərində yer alır.

XİN rəsmisi Qarabağ münaqişəsində özünü bitərəf şəxs kimi göstərsə də, onun ermənilərə xüsusi simpatya bəslədiyi bildirilir.



Ümumilikdə isə, qeyd edə bilərik ki, Zaxarova rəsmi və qeyri-rəsmi fikirləri, rəqsləri, hətta geyimləri ilə belə diqqətdə olmağı, gündəm yaratmağı bacaran azsaylı xanım diplomatlardandır.

Zaxarova kimdir?

Mariya Zaxarova 24 dekabr 1975-ci ildə professional diplomat ailəsində anadan olub. Atası Vladimir Yureviç Zaxarov ixtisasca Şərqşunasdır. O, Çin dili və ədəbiyyatı üzrə mütəxəssisdir. Vladimir Zaxarov uzun illər SSRİ-nin, daha sonra isə Rusiyanın Pekindəki səfirliyində işləyib.

2014-cü ilə qədər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) katibliyinin müşaviri vəzifəsində işləyib. Hazırda Ali iqtisadiyyat məktəbinin dünya iqtisadiyyatı və siyasəti üzrə fakültəsində baş müəllim işləyir.

Mariya Zaxarovanın anası İrina Zaxarova Puşkin adına təsviri incəsənət üzrə Moskva muzeyində baş elmi işçi işləyir. O, təsviri incəsənət üzrə elmlər namizədidir.



Mariyanın uşaqlıq illəri valideynlərinin işlədiyi Pekində keçib.

“Uşaq olanda, oyuncaqlarla oynamağı, oyuncaq evlər düzəltməyi sevirdim. Daha sonra hobbim dəyişdi və mən miniatür interyerlər düzəltməyə başladım”, - deyə Mariya uşaqlıq illərindən danışarkən bildirib.



Mariya Zaxarova 1998-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Jurnalistika fakültəsini bitirib. 2003-2005-ci illərdə Rusiya XİN-in informasiya və möhür departamentində şöbə rəhbəri olub. 2005-2008-ci illərdə Nyu-Yorkda BMT yanında Rusiyanın daimi nümayəndəliyinin mətbuat katibi olub.

2008-2011-ci illərdə Rusiya XİN-in informasiya və möhür departamentində şöbə rəisi, 2011-2015-ci ilin avqust ayının 10-a qədər Rusiya XİN-in informasiya və möhür departamenti rəhbərinin müavini vəzifəsində çalışıb.



Zaxarova 2015-ci ilin avqust ayının 10-dan Rusiya XİN-in rəsmi nümayəndəsi vəzifəsini yerinə yetirir. O, bu vəzifədə Aleksandr Lukaşeviçi əvəz edib. Lukaşeviç isə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi postuna təyin olunub. Zaxarova Rusiya XİN-də bu vəzifəni tutan ilk qadın olub.



41 yaşlı Zaxarova şeir yazmağı bacarır. O, noyabrın 24-də Suriyada vurulan rus təyyarəsinin pilotu və rus hərbçisi barədə şeir yazıb.

Помянем , братья, тех,
Кто мир собой закрыл,
Про личный, свой успех
Для нас навек забыл.

Помянем их мольбой,
Что бы простили те,
Кто нас не взял собой,
Оставив на земле.

Mariya Zaxarovanın boyu 170 santimetrdir. Ailəlidir. Həyat yoldaşının adı Andreydir.
Lakin Mariya müsahibələrində ailəsi, xüsusi ilə də həyat yoldaşı Andrey barədə qəti olaraq danışmır.



2010-cu ildə cütlüyün Marianna adlı qız övladı dünyaya gəlib.



“Mən bir neçə dəfə onu özümlə XİN-ə aparmışam. Çünki onu yanında qoya biləcəyim adam yox idi”-deyə Zaxarova müsahibəsində bildirib.

Geyim tərzi barədə danışan Mariya stilistinin olmadığını bildirib: “Stilistim yoxdur, özüm geyinirəm, paltarlarımı da özüm alıram”.

Xanım diplomat idman və rəqs etməyi xoşlayır. Onun “Kalinka” rus milli rəqsini oynayarkən yayılan görüntüləri maraqlan qarşılanmışdı. Bununla yanaşı Zaxarova dünyanın ən ehtiraslı xanım diplomatlarından hesab olunur.






Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti