`Metsamor` AES-in rəhbərliyi dövlətə külli miqdarda ziyan vurub

AzVision.az "Tert.am"a istinadən xəbər verir ki, istintaq zamanı "Metsamor" AES-in baş direktoru, kommersiya direktoru, baş direktorunun maliyyə və iqtisadiyyat üzrə müavini və QSC-nin digər şöbələrinin rəhbərlərinin mütəşəkkil cinayətkar qruplaşma yaratdıqları və xidməti səlahiyyətlərindən istifadə edərək külli miqdarda vəsaiti mənimsədikləri aşkar edilib.
MTX-nin məlumatına əsasən, dövlətə vurulmuş ziyan 783 milyon 586 min dram (təxminən 1,6 milyon dram) təşkil edib.
Faktla bağlı cinayət işi məhkəməyə göndərilib.
Eldar Tanrıverdiyev
AzVision.az