Fransada terror: Ölü sayı 84-ə çatdı (VİDEO+Yenilənib)

Fransada terror: Ölü sayı 84-ə çatdı (VİDEO+Yenilənib)
  15 İyul 2016    Oxunub:35340
Fransanın Nitsa şəhərində terror aktı törədilib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. Yük maşınında olan silahlı şəxslər daha sonra insanları atəşə tutublar.

Son məlumatlara görə, Nitsada törədilən terror aktı nəticəsində ölənlərin sayı 80 nəfəri keçib, 120 nəfərin yaralandığı bildirilir. Ölənlər arasına xeyli sayda xarici ölkə vətəndaşı var.

Fransa prezidenti Fransua Olland baş verənləri terror aktı adlandırıb.



Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Terroru Tunis əsilli Fransa vətəndaşının törətdiyi haqda məlumat yayılıb.

Araşdırma zamanı yük maşınında silah-sursat aşkar olunub.

Müxtəlif ölkələrin dövlət başçıları hadisəni pisləyən bəyanatlarla çıxış ediblər. Fransa Prezidenti Fransua Olland ölkədə fövqəladə vəziyyətin daha 3 ay uzadıldığını bildirib. O, ölənlər arasında xeyli sayda uşağın olduğunu açıqlayıb.



***

Fransanın Nitsa şəhərində törədilən terror hadisəsi nəticəsində ölənlərin sayı 84-ə çatıb. Hazırda xəstəxanalarda 100-dək insanın müalicə olunduğu bildirilir. Onlardan 50 nəfərinin vəziyyəti ağırdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti