İŞİD erməni qadını öldürüb

İŞİD erməni qadını öldürüb
  15 İyul 2016    Oxunub:1588
Fransanın Nitsa şəhərində törədilən terror hadisəsi nəticəsində ölənlər arasında Ermənistan vətəndaşları da var.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, terror aktı nəticəsində iki Ermənistan vətəndaşı ölüb. Onların ikisidə qadındır. Hazırda Ermənistanın Marseldə yerləşən konsulluğu vasitəsi ilə qadınların yaxınları ilə əlaqə yaradılır.

Nitsa şəhərində yerləşən erməni kilsəsinin pastoru Qriqor Xaçatryan ölənlərdən birinin 40 yaşlı qadın olduğunu bildirib. O, daha 3 erməninin yaralandığını söyləyib.

Bundan başqa Moskva meri Serqey Sobyanin açıqlayıb ki, Nitsa şəhərində törədilən terror hadisəsi nəticəsində ölənlərin arasında Rusiya vətəndaşı da var. Estoniya XİN-i xəsarət alanlar arasında ölkə vətəndaşlarının olduğunu qeyd edib: “Hazırda xəsarət alan iki vətəndaşımızın vəziyyətinin dəqiqləşdirilməsi ilə bağlı Fransanın müvafiq qurumları ilə danışıqlar aparılır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti