Moskvada qapalı Qarabağ müzakirəsi - VİDEO

Sergey Lavrov bildirib ki, görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsinin həlli və Yaxın Şərqdəki vəziyyət müzakirə ediləcək.
C. Kerri isə bildirib ki, danıqşıqlar zamanı Suriyadakı vəziyyətdən başqa Yaxın Şərqdəki baş verən hadisələr, Fələstin və İsrail problemi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi muzakirə olunacaq: “Ümidvaram ki, bizim yanaşmamız problemlərin nizamlanmasına effektiv təsir edəcək”.
Rəsmilərin görüşü mətbuata qapalı keçirilib.
Qeyd edək ki, bir gün öncə ABŞ dövlət katibini prezident Vladimir Putin qəbul edib.
İlkin Nəcəfzadə
AzVision.az