`Terrorda azərbaycanlı ölməyib` – Səfirlik

`Terrorda azərbaycanlı ölməyib` – Səfirlik
  15 İyul 2016    Oxunub:3116
Nitsadakı terror hücumunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Bu barədə AzVision.az Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib. Səfirlikdən bildirilib ki, diplomatik missiyaya bu cür məlumat daxil olmayıb.

Qeyd edək ki, ötən gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb. Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti