ABŞ-dan xəbərdarlıq: Avropada terror davam edə bilər

ABŞ Dövlət Departamentinin diplomatik təhlükəsizlik Bürosunun məlumatında deyilir: "ABŞ hökuməti hesab edir ki, İŞİD sıralarındakı avropalılar Suriya və İraqdan qayıtdığı müddətdə Avropada terror hücumlarının qalma ehtimalı var".
Qeyd edək ki, iyulun 15-də gecə saatlarında Nitsa şəhərində terror aktı törədilib. Naməlum şəxslər yük maşınını kütlənin üstünə sürüb, sonra avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb. (Trend)
AzVision.az
Teqlər: