`Qarabağ Azərbaycanın torpağıdır` - Binəli Yıldırım

B.Yıldırım deyib: "Ermənilər nə edirsə, etsin, Dağlıq Qarabağın Azərbaycanın torpağı olması həqiqətini dəyişdirə bilməz. Oranın hər qarış torpağında azərbaycanlıların izi, mədəniyyəti var”.
Baş nazir qaçqınların və məcburi köçkünlərin yaxın zamanda yurd-yuvalarına dönməsinin vacibliyini vurğulayıb: “Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. İllərdir ki, bu işğalın haqsız olduğunu, qaçqınların və məcburi köçkünlərin tez bir zamanda öz yurdlarına dönməsinin vacibliyini vurğulamışıq. Bundan sonra da bu vurğulamağa davam edəcəyik”.
AzVision.az