Ərdoğan xalqı meydanlara çağırdı

Ərdoğan xalqı meydanlara çağırdı
  16 İyul 2016    Oxunub:3104
"Mən prezidentəm, həm də Ali Baş Komandanam. Mənim xəbərim olmadan belə addım atanlar hakim qarşısında cavabını verəcək".
AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə hərbi çevriliş iddialarına münasibət bildirərkən deyib.

CNN Türk kanalına açıqlama verən prezident Baş Qərargah rəisinin girov götürülməsinə münasibət bildirib: "Mən də bütün xəbərləri izlədim, amma bilmək olmur bunlar nə dərəcədə doğrudur. Belə məqamlarda hava çox bulanıq olur və havanı belə bulandıranlar çox ağır şəkildə cəzalandırılacaqlar. Bunun əvəzini hakim qarşısında çox ağır şəkildə ödəyəcəklər".

Ölkə başçısı Ankaraya gəlməyə hazırlaşdığını bildirib. Prezident Ərdoğan həmçinin xalqa çağırış edib: `Millətimizi meydanlara çağırıram. Tarix boyu çevriliş etmək istəyənlər istəklərinə nail olmayıblar, yenə də belə olacaq. Millətimizə demokratiyaya sahib olmağı çağırıram. Tarix boyu çevriliş etmək istəyənlər istəklərinə nail olmayıblar, yenə də belə olacaq. Millətimizə demokratiyaya sahib olmağı çağırıram”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti