Ankarada güclü partlayış - 17 polis şəhid olub (Yenilənib)

Ankarada güclü partlayış - 17 polis şəhid olub (Yenilənib)
  16 İyul 2016    Oxunub:2959
Ankaradakı təlim mərkəzində baş verən partlayış zamanı 17 polis ölüb.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Anadolu agentiliyi yayıb.

Xəbərdə qeyd olunub ki, partlayışdan sonra güclü yanğın başlayıb.


***

İstanbulun Bakırköy bölgəsinin Baş Prokurorluğu dövlət çevrilişinə cəhd etdmiş hərbçilərin həbsinə dair sanksiya verib.

AzVision.az Türkiyə medaisına istinadən xəbər verir ki, hərbçilərin həbsinə başlandıqdan sonra Ankaradakı özəl hərəkat təlim mərkəzində partlayış baş verib, eyni yerdə təxminən 3 saatdan sonra ikinci partlayış olub.

Bundan başqa Ankarada TRT telekanalının binasında partlayış baş verdiyi barədə məlumat yayılıb.

Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçələrə çıxan İstanbul sakinləri Atatürk Hava limanındakı tankların üzerine yeriyib. Hərbçilər etirazların qarşısında hava limanından çəkilməyə başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti