İstanbulun Boğaz körpüsündə irəlilələmək istəyən sakinlərə qiyamçılar atəş açıb. 2 min nəfərlik qrupa ordu tərəfindən atəş açılıb. Yaralıların olduğu bildirilir.

Bu arada Türkiyə Silahlı Qüvvələri Birinci Ordu Komandanı, orgeneral Ümid Dündar ölkədə baş verən son hadisələrlə bağlı açıqlama verib: "Bu hadisəni törədənlər Birinci Ordu Komandananlığı içərisinde kiçik bir qrupu təmsil edirlər. Narahat olacaq bir şey yoxdur. Bu qrupa qatılmayan və hazır əmr gözləyən digər birliklərlə zəruri tədbirləri görürük. Bu, Türkiyə Silahlı Qüvvələrinin dəstəkləmədiyi bir hərəkətdir".
İlkin Nəcəfzadə
AzVision.az