`Soysuzlara günlərini göstərəcəyik` - Yıldırımdan sərt sözlər

`Soysuzlara günlərini göstərəcəyik` - Yıldırımdan sərt sözlər
  16 İyul 2016    Oxunub:3239
Türkiyədə hərbi qiyam bir müddət əvvəl vəzifəsindən azad edilən Baş Qərargah müşaviri polkovnik Muharrem Kösenin rəhbərliyi ilə planlaşdırılıb.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

“Türkiyənin şərqində və cənub-şərqindəki terror hadisələri nədirsə, bu da o cür terror hadisəsidir. Bu, Cümhuriyyətimizə, millətimizə və əsgərimizə edilmiş ən böyük xəyanətdir. Bu gün demokratiyaya, millətə sahib çıxma günüdür. Türkiyə ayaqdadır, Türkiyə küçələrdədir. Bizi iqtidara xalq gətirib. Bu, axmaq və çılğın bir cəhddir. Meydanlarda olacağıq və bu işə, bu soysuzlara günlərini göstərəcəyik”.

Anadolu Agentliyinin xəbərinə görə, Türkiyədə hərbi qiyamı bir müddət əvvəl vəzifəsindən azad edilən Baş Qərargah müşaviri polkovnik Muharrem Kösenin rəhbərliyi ilə planlaşdırılıb. Xəbərdə bildirilir ki, onunla bərabər polkovnik Mehmet Oğuz Akkuş, minbaşı Erkan Ağın, yarbay Doğan Uysal da bu çevirilişin başında olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti