Polis hərbçiləri nəzarətə aldı - Ankarada son vəziyyət

İki qırıcı təyyarənin müəyyən fasilələrlə prezident iqamətgahına tərəf uçaraq daha sonra geriyə qayıtdığı xəbər verilməkdədir. Ölkənin Baş Kəşfiyyat İdarəsinin təhlükəsizlik qüvvələri tərəfindən sıx şəkildə qorunduğu və kəşfiyyat idarəsinin olduğu bölgədə hər hansı fövqəladə hadisənin yaşanmadığı da gələn xəbərlər arasındadır.
Mediaya açıqlama verən Türkiyə Böyük Millət Məclisi sədri İsmayıl Qəhrəman “Türkiyənin bu xoşagəlməz təxribatı ən yaxın müddətdə aradan qaldıracağını və iqtisadi yüksəlişi gücləndirərək siyasi gücünü daha da artıracağını” vurğulayıb.
Prezident Ərdoğanın xalqı küçə və meydanlara dəvət etməsi öz təsirini ölkə miqyasında göstərməkdədir. Belə ki, ölkənin üçüncü böyük şəhəri olan İzmirdə AKP-nin çağırışıyla partiyanın tərəfdarlarının “Allahü əkbər!”- nidalarıyla şəhərin əsas meydanlarına çıxdıqları bildirilir.
Ankarada isə iqtidardakı Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahı ətrafında atəş səslərinin gəldiyi xəbər verilməkdədir. İstanbul baş polis idarəsinə yaxın bölgələrdən də atəş səsləri gəlməyə davam edir.
Məscidlərdə əzan oxunulması fasiləsiz şəkildə davam edilir.
AzVision.az