Türkiyədə qiyam yatırıldı

Türkiyədə qiyam yatırıldı
  16 İyul 2016    Oxunub:2598
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinin qarşısı alınıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) mətbuat müşaviri Nuh Yılmaz bildirib.

“Qiyam yatırıldı, bu qiyamın iştirakçısı olan hər kəs sabahdan etibarən “vətənə xəyanət” maddəsi ilə mühakimə olunacaq”.

NTV kanalı Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahına edilmiş hücumun qarşısının alındığını, Baş Qərargah rəisi Hulusi Akarın xilas edildiyini bildirib.

Türkiyədə hərbi çevrilişə cəhd edən qüvvələrin əlindəki "Sikorskiy" helikopteri Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcıları vasıtəsilə yerə endirilib və nəzarətə alınıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti