`Qaldığım oteli bombaladılar` - Ərdoğan

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ərdoğan oteli tərk etdikdən təxminən 45 dəqiqə sonra baş verib.
Ərdoğan Çevriliş cəhdinin günortadan sonra başladığını bildirib: “Mən Maramarisdəydim. Biz oranı tərk edən kimi qaldığım oteli bombaladılar. Orda olacağımızı təxmin etdilər. Bura gəldik. İzləyə bilmədilər”.
Prezidentin sözlərinə görə, 4 hərbi helikopter otelin üstünə eniş edib, təxminən 40-a yaxın əsgər helikopterlərdən enib. Helikopterlər uzaqlaşdıqdan sonra həmin hərbçi şəxslər otelə atəş açıblar.
Prezidentin qaldığı əraziyə əl qumbaraları atılıb. Əraziyə cəlb olunan polis qüvvələri ilə qiyamçılar arasında qarşıdurma yaranıb. Nəticədə 1 polis yaralanıb.
Eldar Tanrıverdiyev
AzVision.az