Türkiyədə 1563 hərbçi həbs edilib - 200 qiyamçı təslim olub

Qeyd olunub ki, hərbi çevriliş cəhdinin qarşısı alınarkən 90 nəfər həlak olub, 1154 nəfər yaralanıb. Bundan başqa Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binasını boşaldan 200-dək qiyamçı polisə təslim olub.
Paytaxt Ankarada vətəndaşlar dövlət çevrilişi cəhdinə kəskin etirazlarını bildirmək üçün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının binasına doğru yürüş edirlər.
İlkin Nəcəfzadə
AzVision.az