Türkiyənin ordu generalı: `104 hərbçi öldürülüb`

Dündar 104 qiyamçı hərbçinin öldürüldüyünü bildirib. O, çevriliş cəhdinin qarşısının alındığını bəyan edib.
Qeyd edək ki, bu gecədə Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub.
Türkiyədə qiyamda iştirak edən 1563 hərbçi həbs edilib. Bundan əlavə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binasını boşaldan 200-dək qiyamçı polisə təslim olub. Həbs edilənlər arasında 5 general və 29 polkovnikin olduğu qeyd edilib.
Məlum hadisədən sonra bütün dünyanın diqqəti Türkiyəyə yönəlib.
Eldar Tanrıverdiyev
AzVision.az