2 general toyda girov götürülüb - Türkiyədə şok olay

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gecə general Mehmet Şanverin qızının Əskişəhərdə toy mərasimini keçirilib.
Mərasimdə Abidin Ünal da iştirak edib. Toy davam edən vaxt qəfildən hərbi helikpoter havadan atəş açmağa başlayıb.
Həmin vaxt əsgərlər helikopterdən düşərək A. Ünal və M. Şanver başda olmaqla bütün komandirləri girov götürüblər.
Hazırda komandirlərin axtarışı davam edir.
Hafiz Əhmədov
AzVision.az