Qiyamçılar edam ediləcək? - Video

Qiyamçılar edam ediləcək? - Video
  16 İyul 2016    Oxunub:69564
Türkiyədə qiyama qalxan hərbçilərin edam ediləcəyi yayılan xəbərlər sırasındadır.
AzVision.az-ın məlumatına görə, baş nazir Binəli Yıldırım canlı yayımda edam məsələsinə aydınlıq gətirib.

Dəhşətli hadisənin şokunun hələ də davam etdiyini deyən baş nazir qeyd edib ki, bu cinayətin qarşılığı hüquq sistemində açıq-aşkar təyin olunub: “Edam cəzası Türkiyə Konstitusiyasından çıxarılıb. Əlavə nə kimi tədbirlər lazımdısa, hamısı görüləcək”

B.Yıldırım hərbi çevrilişin təşkilində ittiham olunan Fəthullah Gülənin ölkəyə qaytarılmasının tələb edildiyini vurğulayıb.

“Axşamkı hadisədən sonra bu adamın arxasında dayanacaq ölkəni görə bilmirəm. Bunun arxasında dayanacaq ölkə Türkiyəyə dost deyil. Türkiyə ciddi bir döyüşün içindədir. Bu işi meydana gətirən bütün adlar nəzarət altındadır. Bu cəhdə uyanlar xaindir, xainlərin rütbəsi olmaz”.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti