Dəniz Baykaldan qiyamla bağlı sensasion iddia

AzVision.az xəbər verir ki, bu barədə Twitter hesabında yazan Dəniz Baykal hərbi çevriliş planının şou olduğunu bildirib.
“40 illik siyasi fəaliyyətim boyunca, çoxlu çevrilişlər, işgəncələr gördüm. Amma belə tragikomik çevriliş ssenarisi görmədim.
Bu şoudan sonra belə qənaətə gəlmək olar ki, Gülən camaatını məhv ediləcək, ordu yenidən dizayn ediləcək, prezidentlik sisteminə keçiləcək və müxalifətin dirəniş gücü qırılacaq.
Çevriliş şounuzu, başkanlık şounuz da daxil olmaqla hər şeyi anladıq.. Nə edirlər etsinlər, hansı ssenarini qururlar qursunlar. Biz burdayıq. Ssenarilərini üzlərinə vuracağıq”-deyə Baykal sensasion iddia ilə çıxış edib.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.
AzVision.az
Teqlər: