Ərdoğan Obamaya səsləndi: `Güləni bizə verin`

Ərdoğan Obamaya səsləndi: `Güləni bizə verin`
  17 İyul 2016    Oxunub:4125
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş verən son hadisələrlə bağlı xalq qarşısında çıxış edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı ABŞ prezidenti Barak Obamaya səslənərək Fətullah Gülənin təslim edilməsini tələb edib.

“Mən buradan Amerikaya səslənirəm. Ölkə rəhbərliyinə bundan öncə də çağırış etmişdim. Bildirmişdim ki, sizin torpaqlarınızda, Pensilvaniyada gizlənən o şəxsi (Fətulla Güləni nəzərdə tutur-red) ya deportasiya edin, ya da bizə verin. Amma dinləmədiniz. İndi yenidən hərbi çevriliş cəhdindən sonra sizə səslənirəm. Bildirirəm ki, Pensilvaniyadakı bu şəxsi artıq Türkiyəyə təslim edin”-deyə Ərdoğan Obamaya müraciətində bildirib.

Türkiyə Prezidenti hazırda vəziyyətin nəzarətdə olduğunu qeyd edib. O, Türkiyə Silahlı Qüvvələri ilə xalqı üzə-üzə gətirmək istəyənlərin olduğunu vurğulayıb və hərbi çevrilişə cəhd edənlərin Türkiyə Silahlı Qüvvələri içərisində azlıqda qalan qrup olduğunu vurğulayıb.

AzVision.az Türkiyə prezidentinin İstanbulda xalq qarşısındakı çıxışını təqdim edir:






Teqlər:  





Xəbər lenti