General Akyıldız da həbs edildi

General Akyıldız da həbs edildi
  17 İyul 2016    Oxunub:1724
İstanbulda keçirilən xüsusi əməliyyat zamanı 12-ci hərbi hava bazasının komandanı general-mayor Camal Akyıldız saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Camal Akyıldız ölkədə dövlət çevrilişinə cəhddə ittiham olunur.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin II Ordusunun komandanı Adəm Huduti, Balıkəsirdəki hərbi hava bazasının komandanı general-leytenant İshaq Dayıoğlu, Malatya qarnizonunun komandanı general-mayor Avni Anqun, III piyada diviziyasının komandanı general-leytenant Xəlil İbrahim Engin və Denizli qarnizonunun komandanı general-mayor Kamil Özhan Özbakır də tutulub.

Hazırda əməliyyatlar davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti